
“Akademik Ramiz Mehdiyev heç bir deputatı məhkəməyə verməyib. Mətbuatda yayılan məlumatlar düzgün deyil”, bu barədə Turan agentliyinə Milli Elmlər Akademiyasından bildiriblər.
Qeyd edək ki, dünən bir sıra KİV-lərdə bu barədə məlumatlar dərc olunub və fəal şəkildə tirajlanıb. Bu nəşrlərə əsasən, Milli Elmlər Akademiyasının prezidenti 15 deputata qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə – şərəf və ləyaqətin təhqir edilməsi ittihamı ilə iddia qaldırıb.
2020-ci il avqustun 25-də Ramiz Mehdiyev karantin dövründə kütləvi tədbirlərə ciddi qadağalar olması fonunda nəvəsinə toy etməsindən sonra ona qarşı kəskin tənqidlərin obyektinə çevrilmişdi.
Contact.az