Hazırda Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının təsnifat mərhələsinin oyunu gedir. İlk qarşılaşmada “Qarabağ” Gürcüstanın “Samtredia” klubunu qəbul edir. İlk hissə “Qarabağ”ın 3-0 üstünlüyü ilə başa çatıb.
Oyundan əvvəl stadionda insident baş verib. “Qarabag”ın “İmarət” fan-klubunun azarkeşləri üzərində Füzulinin Alıxanlı kəndində erməni vəhşiliyinin qurbanı olmuş 2 yaşlı Zəhranın şəkli olan plakat qaldırmaq istəyiblər. Amma polislər kobud şəkildə plakatı “Qarabağ”ın azarkeşlərinin əlindən alıblar.
Buna etiraz olaraq, xeyli azarkeş stadionu tərk edib.
Azadlıq.info
Oxunub: 1462