Korrupsiya İdarəsi Qarabağ döyüşçüsünün şikayətini qeydə almayıb
Şəmkir rayonu Seyfəli kənd sakini Qarabağ müharibəsi iştirakçısı Rzayev Tahir üzləşdiyi problemlə bağlı redaksiyamıza məlumat verib. Şikayətçi bildirir ki, illərdir yaşadığı ünvana qaz çəkilmir. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edib. Nəhayət, Heydər Əliyev Fondundan ona köməklik ediləcəyi deyilib. Bundan sonra şikayətçinin evinə qaz çəkilişi lahiyələşdirilib. Lakin bu dəfə də iş yarımçıq görülüb. Mal-qarasını satıb qaz boruları aldıqdan sonra yaşadığı evdən 180 metr aralıda qaz sayğacı qoymaq istəyiblər. Rzayev Tahir isə buna etiraz edib.
Qarabağ döyüşçüsü qeyd edir ki, birbaşa onun özünə deyilməsə də, həyat yoldaşına 300 manat ödəmək haqda bildiriblər.
“Bundan sonra Respublika Prokurorluğunun Korrupsiya Qarşı Mübarizə İdarəsinin 161 qaynar xəttinə zəng etdim. Ay yarımdan sonra yenidən zəng etdikdə isə müraciətimin qeydə alınmaması barədə mənə məlumat verildi. O zaman bildirdim ki, yenidən müraciətimi qeydə alın. 20 gün ötməsinə baxmayaraq hələ də məsələ ilə bağlı maraqlanan yoxdur”,- deyə şikayətçi bildirib.
azadliq.info
Oxunub: 426