Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşıdze Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları naziri Vaan Martirosyanın açıqlamasına cavab verib. Abaşıdze bildirib ki, tranzit istiqamətindən yolların açılması məsələsinə baxılmır.
Erməni nazir bildirmişdi ki, Ermənistan yaxın vaxtlarda işğal edilmiş Abxaziya və Sxenval regionundan Rusiya ilə Gürcüstan arasında ticarət dəhlizinin açılacağına ümud edir.
Abaşıdzeni isə qeyd edib ki, Rusiya ilə Gürcüstan arasında 2011-ci ildə yük dövriyyəsinin monitorinqi ilə bağlı imzalanan razılaşmanın icrası ilə bağlı danışıqlar aparılır, Ermənistanın Abxaziyadan dəhlizin açılacağına ümid etməsi üçün heç bir əlavə söhbətlər yoxdur.
Fizzə
Oxunub: 926