ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna və Suriya münaqişələri ABŞ və müttəqiflərinin istədiyi formada həll olunmayana qədər Rusiyaya qarşı iqtisadi sanksiyalar qüvvəsində qalacaq.
Belə bir bəyanatla o Fransaya səfərə gedərkən təyyarədə çıxış edib. Əvvəl bu şərh mətbuat üçün nəzərdə tutulmasa da, dünən Parisdə Tramp onunla təyyarədə uçan jurnalistlərdən birindən bəyanatının niyə dərc olunmadığını soruşub. Bundan sonra Ağ Ev açıqlama yayıb.
“Ukrayna və Suriyada münaqişə biz istədiyimiz kimi həll olunmasa, heç bir halda sanksiyaları götürməyəcəm”, – deyə Tramp bildirib. O, Rusiyaya qarşı sanksiyaların güya yumşaldılacağı ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını deyib.
“Mən çoxlu pul qazanmışam, sərfəli razılaşmalar imzalamışam. Bu mənim peşəmdir. Əvəzində heç nə əldə etmədiyimiz halda sanksiyalar niyə aradan qaldırılmalıdır?”, – deyə Tramp bildirib.
Tramp uyğun vaxt çatanda Putini Ağ Evə dəvət etməyə hazır olduğunu da deyib.
Fizzə
Oxunub: 268