Çırağan sarayında ikitelli İstanbul şәhәr xәstәxanasına kredit verilmәsinin imza tәdbirindә danışan Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Almaniyanın iqtisadi tәzyiq vasitәlәrindәn istifadә qәrarına da münasibәt bildirib.
“Almaniya iqtisadiyyat nazirinin ölkәmizә sәrmayә yatıran şirkәtlәrdә çaşqınlıq yaratmaq istәyәn bәyanatlarını şiddәtlә qınayıram. Terrorla, terrora qarışanların siyasәtini xahiş edirәm bir-birinә qarışdırmayın. Mәn Milli Kәşfiyyat Tәşkilatı(MİT) sәdrinә, daxili işlәr nazirinә zәng elәdim, soruşdum ki, alman şirkәtlәri ilә bağlı bir araşdırma, istintaq varmı? Heç bir alman şirkәti ilә bağlı araşdırma, istintaq yoxdur, hamsı yalandır”.
“Buradan bütün dünyaya xatırlatmaq istәyirәm. Türkiyәni qaralamağa gücünüz çatmaz”.
“Biz qarşılıqlı formada qazanmaq üçün bugünә qәdәr çalışdıq. Almaniya-Türkiyә münasibәtlәrini zәdәlәmәk istәyәnlәr sәhv yola gedir”.
“Türkiyәdәki terrorçuları Almaniyada saxlayan hökumәt öncә bunun cavabını vermәlidir. Onlara verilәn maddi dәstәklәri necә açıqlayacaqlar? Ekranlarda davamlı yayımlanan vә AB-nin qadağa qoyduğu PKK-nın öz
prospektlәrindә, küçәlәrindә alman polisinin nәzarәti altında aksiya keçirmәsinә icazә verәn Almaniya bunu necә açıqlayacaq? Almaniya özünә әl gәzdirmәlidir. Bizi dә әsla qorxuda, çәkindirә bilmәzlәr. Öz mәhkәmәlәri nә qәdәr müstәqildirsә, bizim mәhkәmәlәrimiz onlardan da müstәqildir. Biz bir çadır dövlәti deyilik, qәbilә dövlәti dә deyilik”.
“Әsasәn Almaniya әsilli şirkәtlәrin ölkәmizdә çox özәl bir yeri var. Son 15 ildә ölkәmizә 9 milyard dollara yaxın sәrmayә qoyan şirkәtlәrә tәzyiq etmәyә çalışırlar. Dünyada azad bazar deyilәn bir şey var. Bunlar azad bazarın da nә olduğunu bilmirlәr”.
“Sәyahәt xәbәrdarlığına da son dәrәcә yersiz, qәsdәn verilәn bәyanat hesab edirәm. Mövzu ölkәmiz olanda hüququ heçә saymalarını qәbul etmirik. Antaliyada keçirilәn G20 zirvәsinin hәr şeyi ilә qüsursuz olduğunu özlәri bizә deyirdilәr”.
Azadliq.info
Oxunub: 502