Ərdoğan ailəsinə aid 5 gəminin Azərbaycan dövlət neft şirkəti SOCAR-a satıldığı ortaya çıxıb. Satışın şirkətin bəzi işçilərinin Gülən camaatı ilə əlaqəli olduğu səbəbiylə təzyiqə məruz qaldığı bir dövrdə edilməsi diqqət çəkir.
Türkiyə mətbuatının yazdığına görə, SOCAR-ın Ərdoğan ailəsinə aid beş neft tankerini Maltada qurduqları şirkətlər vasitəsilə bu ilin əvvəlində satın aldığı ortaya çıxıb. “Məlum olduğu kimi,
SOCAR keçən ildən bəri şirkətdəki vəzifəli Gülən camaatı üzvlərinə görə Ərdoğan hökuməti tərəfindən ciddi təzyiqə məruz qalırdı. Maraqlıdır ki, bu satış əməliyyatı də tam bu sıralarda reallaşıb”-deyə türk mətbuatı yazır.
Ərdoğan ailəsinin gəmilərinin yeni sahibi SOCAR gəmiləri Moskvada “Frachtmortrans” adlı bir firmaya kirayəyə verib. Bu firmanın rəhbərləri arasında SOCAR və BP ilə əlaqəli şəxslər var. Ərdoğanın oğlu Bilal Ərdoğan, qardaşı Mustafa Ərdoğan və qayını Ziya İlgen tərəfindən qurulan BMZ şirkətinin beş gəmini 2014 və 2015-ci illərdə təxminən 100 milyon dollar civarında pul ödəyərək satın aldığı mediada yayınlanmışdı.
azadliq.info
Oxunub: 568