Lerik rayonunda “Lerik Broyler” MMC-nin broyler fabrikində baş verən partlayışın ilkin səbəbi məlum olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Broyler fabrikinin işçiləri qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işçilərə dəyib.
***
Bu gün, iyulun 27-si səhər saatlarında Lerik rayonunda broyler fabrikində partlayış baş verdiyi bildirilir.
Lerik rayon İcra Hakimiyyətinin Piran ərazi nümayəndəsi Rizvan Əsədov bildirib ki, partlayış nəticəsində az iki nəfər yaralanıb.
R.Əsədovun deməsinə görə, hadisənin ilkin olaraq qaz balonunun partlaması nəticəsində baş verdiyi güman edilir.
Hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib. Daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.
Hadisə yerində təcili yardım maşınlarının olduğu bildirilir.
Hadisənin baş verdiyi “Lerik Broyler” MMC rayonun deputatı İqbal Məmmədova məxsusdur və onun atası Nəriman Məmmədovla, qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunur.
Oxunub: 530