Sərhədsiz Reportyorlar təşkilatı 2107-ci il üçün dünyada söz azadlığı indeksini açıqlayıb. İndeks 180 ölkəni əhatə edir. Azərbaycan siyahıda söz azadlığının ən pis olduğu ölkələrdən biri kimi, 162-ci yerdədir.
Siyahıda Azərbaycanın yaxın qonşuları Burundi (160), Misir (161), Liviya (163), Bəhreyn (164), İran (165) kimi ölkələrdir. Azərbaycanın coğrafi qonşuları isə Gürcüstan 64-cü, Ermənistan 79-cu yerdə olmaqla ondan xeyli irəlidədir. İndeksdə hətta Afrikanın 39 ölkəsi Azərbaycandan öndədir.
İndeksdə son üçlüyü Türkmənistan (178), Eritrea (179) və Şimali Koreya (180) tamamlayır.
Söz azadlığının ən yaxşı vəziyyətdə olduğu ilk beşlik isə belədir: Norveç, İsveç, Finlandiya, Danimarka, Niderland.
Oxunub: 664