Bu saatlarda Kiyevdə saxlanılan əməkdaşımız Fikrət Hüseynli ilə bağlı məhkəmə prosesi keçirilib.
Prosesin nəticəsində Azərbaycan hökumətinin tələbinin və müdafiə tərəfinin də arqumentlərinin əsaslandırıması üçün Fikrət Hüseynlinin saxlanma müddəti daha 14 gün uzadılıb.
Hollandiyanın Kiyevdəki səfriliyi Fikrət Hüseynlinin Hollandiyadan siyasi sığınacaq alması ilə bağlı sənədlərin surətini təsdiq edib. Müdafiə qrupu indi həmin sənədlərin notarial tərcüməsini başa çatdırıb apellyasiya müraciəti hazırlayır.
***
Bu gün səhər saat 9-da, Kiyevdəki Hollandiya Səfirliyinin nümayəndələri bir qrup Hüquq Müdafiəçisi ilə birlikdə Fikrət Hüseynlinin saxlanıldığı təcridxanaya gediblər.
Lakin məlum olub ki, F.Hüseynlini işlə tanış olmaq üçün prokurorluğa aparıblar. Heyət oraya gedib və hazırda F.Hüseynli ilə birlikdədirlər.
Saat 13.00 da F.Hüseynlinin birinci məhkəmə prosesi başlayacaq.
Azadliq.info
Oxunub: 1842