Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Avstraliyada daşınmaz əmlak almağa hazırlaşır.
Bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Azərbaycan-Avstraliya biznes-forumuna qatılmış Avstraliya nümayəndə heyətinin rəhbəri, ölkələrarası Dostluq Assosiasiyasının prezidenti Con Hammond (Jon Hammond) deyib.
“Avstraliya sabit ölkədir və bura Azərbaycan kapitalının yatırılması məqsədəuyğundur. Biz bunu alqışlayırıq”, – o qeyd edib.
Neft Fondunun maliyyə vəsaitlərinin bir hissəsi bir-neçə il əvvəl Avstraliya dollarına yatırılmışdı.Neft qiymətləri kəskin ucuzlaşandan sonra Avstraliya devalvasiyaya getdi və nəticədə Azərbaycanın Neft Fondu 60 milyon dollar itirdi.
Oxunub: 434