13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Bayram Məmmədov, İlkin Rüstəmzadə və Elgiz Qəhrəman aclıq aksiyasına başlayacaqlarını deyiblər.
Bu barədə 18 oktyabr tarixində NİDA vətəndaş hərəkatının keçirdiyi tədbirdə vəkil Elçin Sadıqov və hərəkatın idarə heyyətinin üzvü Ülvi Həsənli məlumat verib.
İctimaiyyət nümayəndələrini və media orqanlarını eləcə də yerli və beynəlxalq qurumları problemə həssa yanaşmağa çağıran Ülvi Həsənli NİDA üzvlərinin həyatı təhlükə ilə üz-üzə olduqlarını deyib.
“Ötən il həbsdə olan blogger Mehman Qələndərovun ölümündən sonra aydın olur ki, Azərbaycan həbsxanaları heç də təhlükəsiz yer deyil və NİDA üzvləri də bu təhlükədən sığortalanmayıblar”, Ülvi Həsənli deyib.
Hər üç gənc NIDA vətəndaş hərəkatının üzvüdür və beynəlxalq hüquq təşkilatları tərəfindən siyasi məhbus hesab edilir.
Oxunub: 110