Niderland Krallığının Kiyevdəki səfiri Ukraynanın baş prokuroruna rəsmi müraciət göndərib.
Səfirin məktubunda Ukrayna ərazisində saxlanılan Niderland vətəndaşı, azərbaycan əsilli jurnalist Fikrət Hüseynovun taleyindən narahatlıq ifadə edilir. Məktubda bildirilir ki, Fikrət Hüseynov 2008- ci ildə Niderland Krallığında siyasi sığınacaq istəyib, bu hüquq ona verilib, 2013- cü ilıdə onun Niderland ərazisində oturum hüququ müddətsiz olaraq uzadılıb, 2014- cü ildə isə F. Hüsenova Niderland vətəndaşlığı verilib.
Məktubda xüsusi olaraq qeyd edilir ki, onun Azərbaycana təhvil verilməsi İnsan Haqları üzrə Avropa Konvensiyasının 3- cü bəndinə görə zorakılıq riskləri ilə bağlıdır və belə bir addımın atılması hüquqi olmazdı.
Azadliq.info
Oxunub: 782