Oktyabrın 27-i Kiyevin Lukyanovski Rayon Məhkəməsinin qərarı ilə azad olunan Niderland vətəndaşı, azərbaycanlı jurnalist, Azadlıq Qəzeti və TuranTV-nin əməkdaşı Fikrət Hüseynli video-açıqlama yayıb.
O, rəsmi Bakını Azərbaycandan gedib xaricidə insan hüquqlarını dəstəkləyən bütün şəxslərlə mübarizə aparmaqda ittiham edub.
Fikrət Hüseynli hakimiyyətin onunla bağlı çoxdan sifariş verdiyini iddia edib və ölkə daxilində müxtəlif böhtan kampaniyalarının aparıldığını vurğulayıb:
“Ancaq bu kampaniya yalnız mənimlə yox, Turan TV-nin fəaliyyəti, o cümlədən, müxalifətlə əlaqələrimlə bağlıdır. Bəziləri mənim jurnalist olmadığımı bildirirlər, ancaq bu yalandır. Bütün şüurlu həyatım boyu jurnalistika fəaliyyəti ilə məşğul olmuşam. Hakimiyyət məni həbs etmək üçün 200 səhifəlik ittiham hazırlayıb. Eyni zamanda, Nəsimi, Səbayel rayon məhkəmələri qərar qəbul edib. Məqsəd məni Ukraynada həbs etdirib Azərbaycana aparmaq və minimum 12 il azadlıqdan məhrum etmək idi. Əsas niyyət insanları qorxutmaqdır. Ancaq mən məhkəmədə Ukrayna dövlətinin demokratiya çağırışlarına cavab verəcəyinə inandığımı bildirdim. Təsəvvür edin ki, Ukraynada olan azərbaycanlılar səfirlikdən hər hansı sənəd almaq üçün 1 ay gözləmək məcburiyyətində qalırlar.Ancaq hökumət mənim Azərbaycana gətirilməyim üçün bütün sənədləri çox tez müddətdə hazırlamışdı. Səbəb tezliklə cəzalandırılmağım idi. Halbuki, mən Azərbaycan vətəndaşı deyiləm…”
Fikrət Hüseynlinin bildirməsinə görə, Azərbaycana gətirilməsindən ötrü, hətta ona, ondan xəbərsiz passport da düzəldiblər:
“Əgər pasport vermək istəyirsinizsə, AXCP sədri Əli Kərimliyə verin. (Əli Kərimli ümumvətəndaş pasportunun müddəti bitdiyindən 2006-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət edib, lakin o vaxtdən bəri dəfələrlər edilən müraciətə baxmayaraq, ona pasport verilməyib. Bu işlə bağlı hətta Avropa Məhkəməsinin də qərarı var, amma yenə də Əli Kərimliyə ümumvətəndaşlıq pasportu verilmir. – red.) Ukraynada yüzlərlə azərbaycanlı var ki, hökumət bunlara yardım etmir. Ona görə bu insanlar vətənə qayıtmaq istəmirlər, bu isə hakimiyyətin apardığı siyasətin nəticəsidir. Prokurorluq mənim hesabımı araşdırır ki, nə qədər pul var. Haqqımdakı ittihamnamədə müxtəlif ölkələrigəzməyim, çox absurd ittihamlar yer alıb…”.
Fikrət Hüseynli bütün ittihamları qurama və böhtan adlandırıb. O, qarşılaşdığı durumla bağlı Avropa İnsan HüquqlarıMəhkəməsinə müraciət edəcəyini deyib.
Oxunub: 1030