SOCAR-ın yeni inzibati binasının (“SOCAR Tower”) tikintisinə çəkilən xərcin məbləği açıqlanıb.
“Layihənin podratçısı olan “Tekfen” şirkətinin məlumatına görə, binanın tikintisi 414 mln. 237,659 min dollara başa gəlib.
2017-ci ilin sentyabrın 15-nə “SOCAR Tower”də işlərin 99,2%-i başa çatıb. “Tekfen” bildirir ki, hazırda binada 3 mln. 286,310 min manat məbləğində dəyərləndirilən iş qalıb.
“SOCAR Tower” Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən 5 il ərzində ərsəyə gəlib.
Oxunub: 1014