Norveçin 1 trilyon dollar böyüklüyündəki investisiya fondu, qərbi Avropanın ən böyük neft istehsalçısı olan Norveçin iqtisadiyyatını qorumaq üçün, aralarında Royal Dutch Shell Plc və Exxon Mobil Corp.-un da olduğu neft və qaz şirkətlərinin təxminən 35 milyard dollar məbləğindəki səhmlərini satmağı planlaşdırır.
“Marja”nın məlumatına görə, Fondun açıqlamasında qeyd edilib ki, ölkə sözügedən sektorda investisiya qoymadığından neftin qiymətinin aşağı düşməsindən daha az asılı olacaqdır. Maliyyə Nazirliyi qərarın ən erkən “2018-in payızında” veriləcəyini qeyd edib. Stoxx Europe 600 Neft və Qaz İndeksi açıqlamadan sonra geriləyib.
Norveç Mərkəzi Bankının fonda nəzarət üzrə rəsmisi Egil Matan, “Burada perspektivimiz, ölkənin rifahı üçün daxili riskləri bölüşdürməkdir. Bunu fond yolu ilə neftin qiymət riskini götürməməklə edə bilərik” şəklində danışıb.
Dünyanın ən böyük fondunun bu planı, iqlim riskindən xilas olmaq üçün kömür şirkətlərinin səhmlərini böyük ölçüdə satmasından sonra ikinci böyük addımıdır. Bu addım bərpa olunan enerjinin önə çıxacağına, neft istehsalçılarının isə çətinliklər ilə qarşılaşacaqlarına işarədir.
Oxunub: 148