2017-ci ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 40 milyard 190,7 milyon manata çatıb.
Hər nəfərə düşən gəlirlərin həcmi orta hesabla 4131,9 manat təşkil edib.
Bu dövr ərzində gəlirlərin 85,3 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,4 faizi isə yığıma yönəldilib.
Müqayisə üçün qeyd etmək lazımdır ki, 2013-cü ilin analoji dövründə adambaşına düşən orta gəlir 3600 dollar olub. İndi isə bu məbləğ cəmi 2400 təşkil edir. Bu isə adambaşına düşən orta gəlirin 1200 dollar azalması deməkdir.
Azadliq.info
Oxunub: 16