Prezident Robert Mugabe-nin Hararedəki evində olduğiu bildirilsə də, təsdiqlənməmiş məlumata görə, onun həyat yoldaşı və xələfi Grace Namibiyaya qaçıb.
Zimbabve hərbiyyəsinin ölkədəki hakimiyyəti ələ keçirməsi və prezident Robert Mugabe-nin saxlanması “dövlət çevrilişi kimi görünür”, əsas regional blok Afrika İttifaqı bildirib.
Onun rəhbəri Alfa Conde deyir ki, Afrika İttifaqı konstitusiya quruluşuna dərhal geri qayıtmağı tələb edir.
Hərbiyyə çevriliş iddialarını təkzib edib və bildirib ki, cənab Mugabe sığortalanıb və onların bu addımı prezidenti əhatə edən “cinayətkarlara” qarşı olub.

Bu addım Mugabeni kimin əvəzləyəcəyi məsələsinə görə gedən hakimiyyətdaxili mübarizədən sonra atılıb.
Onun vitse-prezidenti Emmerson Mnangagwa ötən həftə vəzifəsindən kənarlaşdırılıb.
Bununla da cənab Mugabenin xanımı Grace prezidentin varisinə çevrilirdi. Bu isə yüksək rütbəli hərbçiləri narahat edib.
93 yaşlı Mugabe ölkə 1980-ci ildə Böyük Britaniyadan müstəqillik qazandıqdan bəri ölkənin siyasi səhnəsində hakim olub.
Baş verən hadisələrə cavab olaraq, Qvineya prezidenti də olan Cənab Conde deyib ki, Zimbabve əsgərləri “açıq-aydın hakimiyyətə gəlməyə cəhd edib”.
Afrika İttifaqı vəziyyətlə bağlı “ciddi narahatlığını” bildirir və “ölkənin hüquqi təsisatlarını tamamilə dəstəklədiyini bir daha bəyan” edir, – bəyanatda deyilir.

BBC-nin Zimbabvedəki əməkdaşı Ann Soy-un sözlərinə görə, Misirdə 2013-cü ildə dövlət çevrilişi baş verdikdən sona Afrika İttifaqından çıxarıldığına görə, mümkündür ki, Zimbabve hərbiyyəsi ittifaqdan ayrılmamaq üçün öz hərəkətlərini dövlət çevrilişi kimi təsvir etmir.
Zimbabveli ordusunun zabiti, General-mayor Sibusiso Moyo, televiziyadakı çıxışı zamanı hərbçilərin Mugabe-nin ətrafındakı “cinayətkarları” hədəflədiyini bildirib.
“Bu hökumətin hərbi işğalı deyil,” o təkid edib.
General-mayor onu da bildirib ki, cənab Mugabe və onun ailəsi “sağ-salamatdır və onların təhlükəsizliyi təmin edilir”.
Hazırda Zimbabvedə gedən hərbi əməliyyatlara kimin rəhbərlik etdiyi məlum deyil.
Oxunub: 386