Dövlət Gömrük Komitəsi idxalla bağlı bu ilin 9 ayının nəticələrini elan edib.
2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-sentyabr aylarında təzə meyvə idxalı 5,6 faiz, çay – 10,8 faiz, quş əti və onun əlavə məhsulları – 40,9 faiz, mal əti – 99,4 faiz, polad prokatı – 10,2 faiz, minik avtomobilləri – 70,6 faiz, hesablama maşınları, blok və qurğuları – 62,0 faiz, qara metallardan çubuqlar – 22,5 faiz, mebel – 2,3 dəfə, rezin şinlər – 32,4 faiz, mineral gübrələr – 2,1 dəfə, məişət kondisionerləri – 23,5 faiz, qara metallardan künclüklər – 34,0 faiz, paltaryuyan maşınlar – 69,0 faiz, yük avtomobilləri – 76,8 faiz, avtobuslar – 2,3 dəfə artmış, buğda idxalı isə 33,4 faiz, xam şəkər və şəkər – 16,4 faiz, bitki yağları – 5,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,8 faiz, kartof – 5,5 faiz, təzə tərəvəz – 44,3 faiz, qara metallardan borular – 58,6 faiz, polietilen – 17,4 faiz, sement və sement klinkerləri – 93,5 faiz, məişət soyuducuları – 23,8 faiz azalmışdır.
Azadliq.info
Oxunub: 8