Vergilər Nazirliyi işini dəyişdirəcək və “stimullaşdırıcı” siyasət həyata keçirəcək. Bu bəyanatı bu gün vergilər naziri Mikayıl Cabbarov ölkənin vergi siyasətinə həsr olunmuş konfransda çıxış edərkən bildirib.
“Stimullaşdırmanın” təfsilatını açıqlamayan nazir bildirib ki, vergilər sahəsində islahatlar bütün sistemin şəffaflığına və cəzbedici vergi mühitinin yaradılmasına şərait yaradacaq.
Daha sonra o bildirib ki, idarəsinin əsas məqsədlərindən biri vergi ödəyicilərinin sayının artırılması hesabına vergi bazasının genişləndirilməsidir. Eyni zamanda, o deyib ki, vergi işçiləri sahibkarları dəstəkləməli və iqtisadiyyatın inkişafına şərait yaratmalıdır. “Vergi planlaşdırılması vergidən yayınmaqdan fərqləndirmək lazımdır”, deyə o bildirib.
Daha sonra nazir bildirib ki(“Turan”), Vergilər Nazirliyi vergi ödəyicilərinə könüllü vergi ödənişi prinsipinə keçməyi təklif edir. Bunun nə demək olduğunu açıqlamayan Cabbarov əlavə edib ki, yeni nəsil vergi əməkdaşları hazırlanacaq, onlar vergi ödəyicilərini qurban kimi deyil, hüquqları olan tərəfdaş kimi görəcək”, deyə nazir bildirib.
Oxunub: 372