ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı Maliyyə nazirliyitərəfindən hazırlanan yeni sanksiyalara dair təklifi alqışlayıb.
Bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin Senatda keçirilən dinləmələrdə bildirib.
“Mən prezidentə sanksiyaların tətbiqi prosesinə dair məlumat verdim, o bunu alqışlayıb. Dövlət başçısı Rusiyaya qarşı sanksiyaların hazırlanmasını mənə həvalə edib. Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək. Bu qəti qərardır. Hazırda sanksiyaların tətbiqi ilə bağlı iş aparılır”, deyə nazir vurğulayıb.
Oxunub: 166