Taliban Amerika xalqına açıq məktubda Əfqanıstanda uzun illərdir davam edən müharibəyə son qoymaq üçün dialoqa çağırıb. Məktubda ABŞ-ın hərbi hava hücumlarını artırması nəticəsində üsyançıların nəzarətində olan ərazilərin kiçik bir hissəsinin də geri alınmadığı iddia edilir.
Talibanın sözçüsü Zabihulla Mucahid müxtəlif dillərdə yazılmış 10 səhifədən ibarət məktubun nüsxəsini çərşənbə günü ictimaiyyətə açıqlayıb. Burada üsyançıların üstünlükləri və ABŞ-ın başçılığı ilə artıq 17-ci ildir “qeyri-legitim” müdaxilənin uğursuzluqları göstərilib.
Üsyançı qrup məktubu Amerika xalqı, müstəqil qruplar və “sülhsevər konqresmenlərin” Əfqanıstandakı missiyanın gələc’yinin dəyərləndirilmləsi məqsədilə oxuyacağı ümidi ilə yazıb.
“ABŞ Taliban və Əl-Qaidə `vahid birləşməsi`ni məhv etmək üçün `cinayət aktı` həyata keçirib, `amma bu, anarxiyaya yol açıb` və ölkədə bir neçə qrupun yaranmasına gətirib çıxarıb”, deyə məktubda bildirilir. Bununla məktubda ölkədə İslam Dövləti qrupunun güclənməsinə işarə edildiyi ehtimal edilir.
Yaxın Şərqdə qərargahlanan terrorçu qrupun tərəfdarları Əfqanıstanın müxtəlif bölgələri, xüsusilə də ölkənin şərqində və şimalındakı vilayətlərdə hücumları artırıb.
Taliban ABŞ və beynəlxalq koalisiyaya daxil olan ölkələrin Əfqanıstanda legitim hökumətin yaradılması üçün minlərlə öz vətəndaşını itirdiyini və milyardlarla dollar vəsait sərf etdiyini, lakin onların səylərinin bunun əvəzinə ölkənin siyasi baxımdan bölünməsi və maliyyə baxımından korrupsioner sistemlə nəticələndiyini bir daha təkrar edib.
Taliban bu məktubu Birləşmiş Ştatların prezident Donald Trampın yeni strategiyasına əsasən, Talibanla hərbi baxımdan yaranmış çıxılmaz vəziyyətə son qoymaq və üsyançıları müzakirələr masasına gətirmək üçün Əfqanıstan hərbi qüvvələrinin üsyançılara qarşı quruda əməliyyatlarına dəstək məqsədilə hava hücumlarını artırdığı bir vaxt açıqlayıb.
Keçən həftə Əfqanıstana səfəri zamanı ABŞ və NATO-nun Sarsılmaz Dəstək missiyasına komandanlıq edən general Con Nikolson hücumların intensivləşdirilməsinin nəticələr verdiyini bildirib. (Amerikaninsesi.org)
Oxunub: 26