2018-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4 faiz üstələyərək 2 milyard 794,6 milyon manata bərabər olmuşdur. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
Ticarət dövriyyəsinin 1 milyard 411,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1 milyard 383,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,7 faiz və 3,0 faiz üstələmişdir.
Oxunub: 190