Konyada bir proqramlaşdırma şirkəti Türkiyənin ilk “insan” robotunu yaradıb. Bir robot fabrikində hazırlanan robotlar “Ərik budağı” musiqi havası ilə oynayır, çay dəmləyir, yemək və manqal qurur.
“Akın Soft” şirkəti tərəfindən qurulan “AKINROBOTICS” fabrikində hazırlanan robota “ADA GH5” adı verilib. “ADA GH5”in hava limanı, avtobus vağzalı, otel, ticarət mərkəzi, mağaza, market, restoran, kafe, xəstəxana kimi məkanlarda istifadə ediləcəyi açıqlanıb.
Fabrikin baş mühəndisi Özgür Akın “ADA GH5” robotlarının balaca uşaqlar tərəfindən belə proqramlaşdırılıb istifadə edilə biləcəyini söyləyib. O deyib ki, robotun fəaliyyəti eyni zamanda, az da olsa, ev xanımlarına yardım edə biləcək şəkildə proqramlaşdırılmışdır.
azadliq.info
Oxunub: 328