Bu gün daha bir prezident sərəncamı yol tikintisi ilə bağlı verilib.
Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150,0 (yüz əlli) milyon manat ayrılsın.
Xatırladaq ki, 2008-ci ilin sonlarında o çağ üçün çox bahalı olan Bakı-Quba-Rostov beton yolu çəkilmişdi. Həmin yol, rəsmilərin dediyinə inansaq, Azərbaycana 1.2 milyard manata başa gəlmişdi. O vaxt saytlardan birində gedən informasiyanı yaddaşı təzələmək üçün təqdim edirik:
Səhmdar Cəmiyyətdə bildirirlər ki, beton yolun tikintisi Almaniyadan gətirilmiş xüsusi betonsalan texnika vasitəsilə həyata keçirilir. Magistral yolda əsas tikinti işlərini “Akkord” Şirkətlər Qrupu aparır.
Xatırladaq ki, beton örtüklü avtomobil yolunun tikintisi əsasən dövlət büdcəsi, qismən də kreditlər hesabına maliyyələşir. Hələ tikintiyə başlanarkən tikinti büdcəsi 800 milyon manat təsdiqlənmişdi. Lakin tikinti materiallarının kəskin şəkildə bahalaşması üzündən bu vəsat yolun tikintisinə kifayət etməyib. Bu ilin əvvəlində isə Bakı-Quba-Rostov yolunun tikintisi üçün 400 milyon manat əlavə vəsait ayrılıb. Bu isə o deməkdir ki, 198 kilometrlik yolun tikintisi Azərbaycana 1,2 milyard manata başa gələcək”.
Oxunub: 294