Dəməşqin Afrinə ordu yeritməsi Suriyanın bölünməsinə gətirib çıxaracaq.
Bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Ankarada mətbuat konfransında bəyan edib.
“Biz bu mövzu ilə bağlı xəbərləri izləyirik. Suriya hökumət ordusunun Afrinə girəcəyi ilə bağlı xəbərlər təsdiqini tapmayıb. Əsəd rejiminin PYD/YPG-yə müdafiə üçün bölgəyə qoşun yeritməsi fəlakətlə nəticələnəcək. Belə bir hücum Suriyanın bölünməsinə gətirib çıxaracaq”, deyə B.Bozdağ.
Xatırladaq ki, bu gün kürd qrupları və Bəşər Əsəd hökuməti arasında Suriya ordusunun Afrinə daxil olması barədə razılığa gəldiyinə dair məlumatlar yayılıb.
Oxunub: 158