“Həbsdə olan dindarların müdafiə komitəsi” və “Siyasi məhbus ailələrinin Kordinasiya mərkəzi” inanclı məhbuslarla bağlı toplantı keçirib. Tədbirdə keçmiş siyasi məhbuslar, siyasi partya yetkililəri, ictimai təşkilat nümayəndələri və inanclı məhbusların ailə üzvləri iştirak ediblər.
Çıxış edənlər dindar siyasi məhbuslara, eləcə də, onların ailələrinə edilən təzyiqlərdən, müdafiə işinin səmərəliliyinin artırılmasından danışıblar. Siyasi məhbus ailələrinə mənəvi dəstək üçün təkliflər irəli sürülüb. Siyasi məhbusların ictimaiyyətə daha yaxından tanıtdırılması barədə fikirlər irəli sürülüb. Məhkəmədəki “SON SÖZLƏR”dən ibarət kitabın hazırlanması barədə məlumat verilib.
Toplantıdan hazırlanmış video-reportajı təqdim edirik.
azadliq.info
Oxunub: 214