Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayəti üzrə Ali Məhkəmədə proses keçirilib.
Şikayətə hakim Əziz Seyidovun sədrliyi ilə baxılıb.
Qapalı keçirilən prosesdə elan edilib ki, iş üzrə maraqlı şəxslər (Akif Çovdarovun ailə üzvləri) yeni müdafiəçi – vəkil Nəriman Əliyevlə müqavilə bağlayıb.
Vəkil cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Buna görə də proses noyabrın 28-dək təxirə salınıb.
Qeyd edək ki(report), A.Çovdarov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri – oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları – Günay Əmircanova və Aidə Qadımova da apellyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib.
A.Çovdarov apellyasiya məhkəməsinin qərarından verdiyi kassasiya şikayətini geri götürsə də, oktyabr ayında yenidən Ali Məhkəməyə müraciət edib.