
Bu gün, iyulun 20-də AXCP-nin daha 2 üzvü – AXCP Təşkilat şöbəsinin əməkdaşı Əli İmanxanlı və Nəsimi şöbəsinin üzvü Telman Seyfullayev saxlanılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə gətirilib. Bununla, bu gün 8 AXCP fəalı saxlanılıb. Ümumiyyətə 14-15 iyulda Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı baş verən insidentdən sonra AXCP-nin 19 fəalı saxlanılıb.
Bu barədə AXCP sədrinin müavini Seymur Həzi bildirib.
Semur Həzinin sözlərinə görə, inidiki anadək AXCP-nin 5 fəalına – Asif Yusifli, Seymur Əhmədov, Ramid Nağıyev, Bəxtiyar İmanov və İsmayıl Həsənova Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilərək barələrində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Yerli medianın məlumatına görə, həbs edilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Səyavuş Mustayavev də var.
Artıq ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilənlərin sayı ümumilikdə on nəfərdən çoxdur.
Bununla yanaşı, rəsmi qurumlar ittiham elan edilərək barələırində həbs qətimkan tədbiri seçilən şəxslərin hamısı barədə hələ məlumat yaymayıb.
Amerikanın səsi