Bir qrup fəalın yaratdığı “Müdafiə xətti” hüquq müdafiə təşkilatı yeni repressiya dalğası ilə bağlı bəyanat verib

“MÜDAFİƏ XƏTTİ”nin bəyanatı
Məlum olduğu kimi, 2020-ci ilin 12 iyul tarixindən etibarən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlərlə əlaqədar Milli Orduya dəstək vermək, işğal altında olan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 inzibati rayonun azad olunmasını tələb etmək məqsədilə iyul ayının 14-15-də Bakı şəhərinin mərkəzi prospekt və küçələrində Qarabağ yürüşü keçirilmişdi.
Qarabağ yürüşü hər hansı ictimai-siyasi təşkilat tərəfindən əvvəlcədən planlaşdırılmayaraq geniş xalq kütlələrinin iştirak etdiyi spontan və dinc kütləvi tədbir kimi diqqəti cəlb etdi. Yürüşdə milli həmrəyliyə çağıran şüarlar səsləndirildi, hakimiyyət əleyhinə hansısa çağırış və müraciətlər ifadə edilmədi.
Qarabağ yürüşündə iştirak edən izdiham şəhərin müxtəlif məntəqələrində milli çağırış və şüarlar səsləndirdikdən sonra Şəhidlər Xiyabanının qarşısında toplaşaraq dinc qaydada kütləvi tədbiri davam etdirdilər. Lakin izdihamın daxilində bir qrup təxribatçı yürüşün məqsədinə xidmət etməyən şüarlar yaymaqla xalq kütlələrini aksiyanın vəzifəsindən yayındırmağa çalışdılar. Dinc aksiyaçıları pozuculuq işlərinə, qanunazidd və ictimai təhlükəli əməllərə sövq edə bilməyən təxribatçılar polis avtomobilini aşırdılar, Milli Məclisin inzibati binasına soxularaq zorakılıqlarını davam etdirdilər.
Bundan sonra daxil işlər orqanlarının əməkdaşları Şəhidlər Xiyabanının qarşısında dinc qaydada özlərini ifadə edən aksiyaçılara hücum edib, qeyri-adekvat hərəkətlərə yol verərək fiziki vasitələr-dəyənək, rezin güllə, su şırnağı tətbiq etdilər.
Ertəsi gün dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi, dövlət başçısı dinc Qarabağ yürüşünün iştirakçılarına, xüsusilə AXCP və Milli Şura üzvlərinə qarşı şiddətli repressiya və təqiblərin başlanılmasına dair göstəriş verdi.
Qeyri-zorakı qaydada Qarabağ yürüşündə iştirak edən ictimai-siyasi fəallar heç bir qanuni səbəb və əsas olmadan ya inzibati, ya da cinayət məsuliyyətinə cəlb edildi, bəzilərinin barəsində inzibati həbs, bəzilərinin haqqında həbs qətimkan tədbiri seçildi, eyni zamanda, həmin yürüşdə bu və ya digər formada iştirak etməyən bəzi AXCP üzvlərinin yaşadıqları mənzillərə basqın edilərək qeyri-müəyyən istiqamətdə aparıldılar.
“Müdafiə xətti” araşdırmalarının yekunu olaraq həbs edilən, tutulan, saxlanılan şəxslərin adlı siyahısını təqdim edir:
- Asif Yusifli (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
- Seymur Əhmədov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
- Məhəmməd İmanlı (CM-nin 139.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilməyib)
- Bəxtiyar İmanov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
- Ramid Nağıyev (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
6.Siyavuş Mustafayev (Hərakatçı, Naxçıvan MR keçmiş Daxili İşlər Nazirinin müavini ) (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib) - İsmayıl Həsənov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
- Nicat Abdullayev (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
- Ayaz Məhərrəmli (Şübhəli şəxs qismində saxlanılıb)
- Laçın Vəliyev (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
- Baba Süleymanov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
- Ceyhun Novruzov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
- Məhəbbət Nağıyev (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
- Mehdi İbrahimov (CM-nin 139-1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilməyib)
- Pərvin Çobanov (ADR üzvü) (CM-nin 139-1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib)
- Elvin Məmmədov (CM-nin 315, 186.2.1, 233-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.)
- Ramil Tağıyev (sərbəst buraxılıb)
- Şəmsi Qəhrəmanov (Kəsəmənli) (sərbəst buraxılıb)
- Əliağa Məmmədov (sərbəst buraxılıb)
- Telman Seyfullayev (şübhəli şəxs qismində tutulub)
- Arif Paşayev (inzibati məsuliyyətə cəlb olunub)
- Elvin Bəhramov (Bəhmənoğlu) (inzibati məsuliyyətə cəlb olunub)
- Mahir Namazov (inzibati məsuliyyətə cəlb olunub)
24.Süleyman Məhərrəmli ( inzibati məsuliyyətə cəlb olunub) - Vüqar Əbilli (sərbəst buraxılıb)
- Mətanət Mahmarzayeva (Turan) (sərbəst buraxılıb)
- Fərzəli Əsədov (sərbəst buraxılıb)
28.Elgiz Qəhrəman ( NİDA VH) (sərbəst buraxılıb) - Anar Abdulla (jurnalist ) (sərbəst buraxılıb)
- Elvin Cəbizadə (ictimai fəal) (sərbəst buraxılıb)
- Firudin Səlimov (Firi Səlim, foto-reportyor) (sərbəst buraxılıb)
32.Elnur Həsənov (şübhəli şəxs qismində saxlanılıb)
Həbs edilən şəxslərin heç birinə ailələri ilə əlaqə saxlamağa, məlumat verməyə şərait yaradılmayıb. Onların işgəncəyə, qeyri-insani rəftara, ləyaqəti alçaldan davranışa məruz qalmaları barədə narahatçılıqlar vardır.
“Müdafiə xətti” olaraq Azərbaycan hakimiyyətini vətəndaşların sərbəst toplaşmaq, özünüifadəetmə azadlığına, azadlıq və ədalətli mühakimə hüquqlarına hörmətlə yanaşamağa dəvət edirik, hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasının dayandırılmasını tələb edirik.