Ukrayna Belqorodda ticarət mərkəzini vurdu

  • By Günel
  • 30 Avqust 2025 22:38

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod şəhərində ticarət obyektini pilotsuz təyyarə ilə vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib .

O bildirib ki, pilotsuz təyyarənin partlaması binaya ziyan vurub. Rayon rəhbərinin sözlərinə görə, hadisə yerində xilasedicilər işləyir.

İtkilər barədə məlumat verilmir.

Gununsesi.info