
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var.
Gununsesi.info xəbər verir ki, Yeni Gəncə qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər – 2000-ci il təvəllüdlü S.Quliyev, 1998-ci il təvəllüdlü N.Hüseyinli və 1988-ci il təvəllüdlü S.Vəliyev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.