
Ağcabədidə təsərrüfatda baş verən yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb, 8 baş iribuynuzlu heyvan tələf olub.
Gununsesi.info-nun xəbərinə görə, yanğın hadisəsi rayonun Təzəkənd kəndi ərazisində baş verib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələnədək kənd sakini Həziyev Müzəffər Ənvər oğluna məxsus təsərrüfatda yanğını söndürməyə çalışan 1958-ci il təvəllüdlü Məmmədova Kifayət Əlif qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
O, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Tövlənin çardağına yığılmış 16 t ot kipindən 8 tonu və tövlənin içində olan 8 baş iribuynuzlu heyvan yanaraq tələf olub.
Hadisə yerinə cəlb edilən FHN-nin Ağcabədi rayon yanğınsöndürmə bölməsinin əməkdaşları yanğını söndürərək tövlədə olan digər heyvanların tələf olmasının və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar.
Faktla bağlı araşdırma aparılır.