
ABŞ Prezidenti Donald Tramp Rusiya, ABŞ və Ukrayna sammitinin baş tutacağına əmindir.
Gununsesi.info xəbər verir ki, Ağ ev rəhbəri Putin–Zelenski görüşünün taleyi ilə bağlı heç nə deməyib.
O bu barədə sualı belə cavablandırıb: “Bunu bilmirəm”.
“Politico” yazıb ki, ABŞ mümkün üçtərfli sammitdən əvvəl Rusiya və Ukrayna arasında texniki danışıqlar aparmaq istəyir.
D.Tramp bildirib ki, ərazi və təhlükəsizlik təminatını əsasən Avropa ölkələri üzərlərinə götürəcək, ABŞ isə onlara yardım etmək niyyətindədir.