Gununsesi.info xəbər verir ki,səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərinə qatılıb.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan mərasimlərdə çıxış edərək məzunları təbrik edib.Ali hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomlar Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təqdim olunub.
Sonda məzunlar hərbi marşın sədaları altında tribuna önündən keçiblər.