Salyanda ağır yol qəzası: Ölən və xəsarət alanlar var

  • By Günel
  • 31 Avqust 2025 11:23

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Salyan rayonu, Şorsulu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən Gununsesi.info-ya bildirilib ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol kənarına aşıb, 3 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər sağ və 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info