ABŞ-ın Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, Rusiyanın ABŞ-ın dövlət borclarına yatırımı may ayında 108,7 mlrd. Dollara çatıb. Bu, 2014-cü ilin noyabr ayından ən yüksək göstəricidir. Əgər o vaxt Rusiyanın ABŞ istiqrazlarına yatırımı azalırdısa, (2013-cü ilin yekunlarına görə, bu məbləğ 138 mlrd. dollar), bu il artım müşahidə edilib.
2016-cı ilin dekabr ayında ABŞ-ın dövlət borclarına yatırım 86 mlrd. Dollar təşkil edib, hər növbət ayda isə bu rəqəm artıb.
Məsələn, martda Rusiya ABŞ istiqrazlarına 13,5 mlrd. Dollar yatırıb.
2016-cı ilin iyun ayından noyabr ayına qədər rusiyanın ABŞ-ın dövlət istiqrazlarına yatırımları azalırdı. İyulda onların həcmi 2,7 mlrd., avqustda 700 mln., sentyabrda 11 mlrd., oktyabrda isə 1,9 mlrd. dollar azalaraq 74,6 mlrd. dollara çatıb.
Fizzə
Oxunub: 438