Anti-İslam PEGİDA hərəkatının dəstəkçiləri Drezden küçələrində yürüş keçirirlər. Bu, “Almaniya üçün Alternativ” partiyasının ölkə seçkilərində 12.6 faiz səs qazanmasından sonra baş verir. Həmin partiyanın uğurunun Rusiyanın seçkilərə digər ölkələrdə etdiyi bənzər müdaxilə cəhdləri ilə bağlantıları var.
“Onlar ifrat solun və ifrat sağın auditoriyasını hədəfləyirlər. Onlar həm də dinə meylli partiyaları da diqqətdə saxlayırlar.”
Rəsmilərin sözlərinə görə, Almaniya seçkilərində Rusiya əsas diqqəti yüz minlərlə qaçqının ölkəyə daxil olacağı ilə bağlı qorxuya yönəltmişdi.
Nils Şvartz kimi İsveç rəsmiləri deyirlər ki, onlar öz ölkələrində növbəti il keçiriləcək seçkilərlə bağlı bənzər taktikanın əlamətlərini görürlər.
“Bu cür addımların məqsədi isveçlilərə xüsusi bir ideologiyanın təqdim edilməsi deyil. Məqsəd daha çox bizi bölmək, bizi cəmiyyət kimi daha həssas etməkdir.”
Keçən ilki prezident seçkilərindəndən sonra, ABŞ qanunvericiləri narahatdırlar ki, Rusiyanın cəhdləri daha da intensivləşəcək.
“Bu propaqanda dezinformasiyanın yayılmasından ibarətdir. İnsanlara başqa heç kimə inanmamalı olduqlarını təşviq etməkdir.”
Qərb ölkələrində bu cəhdlərin böyük əksəriyyəti Facebook, Twitter və Google kimi sosial media platformaları vasitəsilə edilib.
Bununla bərabər, özləri inkar etsələr də Moskvanın Russia Today xəbər kanalı bu işlərdə vacib rol oynayır.
“Biz izləyicilərimizi verilişlərimizə baxaraq, özləri üçün qərar vermələrinə çağırırıq.”
Lakin Russia Today kimi təşəbbüs yalnız başlanğıc ola bilər.
“ABŞ və Avropa rəsmiləri üçün artan narahatlıqlardan biri də odur ki, Rusiya artıq yalnız propaganda və dezinforsiya yaymaq məqsədi güdmür. Onlar getdikcə Qərb cəmiyyətlərinə daha çox nüfuz etməyin yollarını axtarırlar.”
“Bunlardan biri müxtəlif ölkələrin seçkilərinə, arxasında kimin dayandığını bildirmədən, maliyyə vəsaitlərinin yönəldilməsidir. Mənbəyi məlum olmayan pullar və qurama şirkətlər bu cür cəhdlər zamanı istifadə edilən alətlərdir.
Göründüyü qədərilə həmin taktika çalışır.
“Onlar ictimaiyyətə, siyasi müzakirələrə, partiyaların proqramlarına və ictimai fiqurların hərəkətlərinə təsir edirlər.”
Bir rusiyalı təhlilçinin dediyi kimi, hal-hazırda bütün seçkilər Rusiya seçkiləridir. Bu fikir sərt səslənsə də, müəyyən mənada həqiqəti əsk etdirir.
Oxunub: 394