Tailandın keçmiş baş naziri Yinqlak Çinnavat düyü alınması ilə bağlı dövlət proqramını həyata keçirən zaman yol verdiyi səhlənkarlığa görə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Ali məhkəmə alqı-satqı prosesində verilən səhvlərə görə dövlət büdcəsinin 6,8 milyard dollar pul itirdiyini də vurğulayıb.
Hakimlər bildirib ki, Çannavat bu problemlər haqda məlumatlı olub, lakin maliyyə itkisinin qarşısını almaq üçün heç nə etməyib.
Oxunub: 206