
E. Məmmədli məhkəmədə bildirib ki, saxlanılan gün Xətai rayon 34-cü polis bölməsində ona kağız verərək imzalamalı olduğunu deyiblər və ona kağızda nə olduğunu oxumağa imkan verməyiblər: “Mən sonradan bildim ki, kağızda mənim guya mənə təyin olunan vəkildən imtina etməyim barədə könüllü imtina sənədi imiş. Halbuki mən vəkilimdən imtina etməmişəm”- deyə o bildirib.
Qısa sürən müşavirədən sonra hakim F. Qasımov apellyasiya şikayətinin təmin edilmədiyini elan edib.
AXCP-nin Xətai şöbəsinin üzvü Etibar Məmmədli 21 sentyabr 2017-ci il tarixdə gecə vaxtı mitinqlə bağlı vərəqə paylayarkən polis tərəfindən fiziki təzyiq göstərilərək saxlanılıb, Xətai rayon 34-cü polis bölməsinə aparılıb. 22 sentyabr tarixində isə Xətai rayon məhkəməsində 15 sutka həbs cəzası verilib.
Oxunub: 122