Azərbaycanlı jurnalist, Turan tv-nin əməkdaşı, Niderland krallığınln vətəndaşı Fikrət Hüseynlinin Azərbaycan Hakimiyyətinin sorğusu əsasında Ukraynada həbs olunması ciddi beynəlxalq qalmaqaka çevrilir. Beynəlxalq hüquq müdafiə təşkilatları, mətbuat orqanları, müxtəlif ölkələri təmsil edən jurnalistlər bu məsələ sərt tənqidi münasibət göstərmə başlayıblar. Artıq siyasi xadimlər belə Fikrət Hüseynlinin saxlanılmasını avtoritar rejimin tənqidçilərindən qisas almaq cəhdi kimi qiymətləndirir və Ukrayna hökumətindən hesabat tələb edirlər.
Bu gün Hollandiyanı Avropa Parlamentində təmsil edən Kati Piri Tvitter hesabında Ukrayna prezidenti Petr Poroşenkoya müraciət edib:”Niderland vətəndaşı olan Fikrət Hüseynli dərhal azad edilməlidir. İnterpol xəttilə avtoritar rejimlərin belə addımları ciddi şəkildə araşdırılmalı adekvat qiymət verilməlidir”.
Oxunub: 934