2018-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 6.6 faiz azalıb.
Bu müddəalar Azərbaycanın 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.
Layihədə qeyd olunub ki, ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2018-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2197.2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 154.8 milyon manat və ya 6.6 faiz azdır.
Oxunub: 270