Şirvan Apellyasiya Məhkəməsi iki yerli müxalifətçi – Əlifaiq Abdullayev və Eldəniz Səmədovun inzibati həbsləri ilə bağlı şikayətlərini təmin etməyib.
Onlar Şirvan şəhərində saxlanılıbla. Oktyabrın 9-da yerli məhkəmə Abdullayev barəsində 15 günlük inzibati həbs qərarı çıxarıb, oktyabrın 10-da Səmədov 10 günlük həbs edilib. Hər ikisi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmə) maddəsi ilə təqsirli bilinib.
Oktyabrın 19-da Şirvan Apellyasiya Məhkəməsi hər iki fəalın şikayətini təmin etməyib, bu barədə Turan-a onların vəkili Yalçın İmanov bildirib.
Təhqiqat tamamilə formal idi, deyə vəkil qeyd edib.
Protokollardan fəalların nə təqsirinin olduğu, polisin hansı tələblərini yerinə yetirmədikləri aydın deyil, deyə vəkil bildirib.
Fəallar özləri oktyabrın 7-də Bakıda müxalifətin mitinqində iştirak etdiklərinə görə saxlanıldıqlarını bildiriblər.
“İnzibati işlər üzrə ən yüksək məhkəmə instansiyası Apellyasiya Məhkəməsi olduğuna görə müdafiə tərəfi bu qurumda fəalların hüquqlarının pozulduğunun təsdiq olunmasına və hökumətdən mənəvi ziyana görə təzminat almağa nail olmaq üçün Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayacaq”, deyə vəkil bildirib.
Oxunub: 200