2017-ci il sentyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatı belədir: 41,2 faiz Avropa, 25 faiz Asiya-Sakit Okean, 26,1 faiz Şimali Amerika, 2,8 faiz Avstraliya-Yeni Zelandiya, 0,1 faiz Yaxın Şərq və 4,8 faiz isə beynəlxalq maliyyə təşkilatları.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft Fondunun 2017-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunları üzrə hesabatında bildirilir. Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 69,1 faizi inkişaf etmiş ölkələr, 26,1 faizi inkişaf etməkdə olan ölkələr və 4,8 faizi isə beynəlxalq maliyyə təşkilatları təşkil edir.
Oxunub: 308