Rəcəb Hüseynova 10 sutkalıq inzibati həbs verilib
AXCP Saatlı rayon şöbəsi Gənclər Təşkilatının üzvü, İki gün qabaq oğurlanmış Rəcəb Hüseynli bu gün Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında tapılıb. Bu barədə vəkil Əsabəli Mustafayev Facebook statusunda yazıb: “Rəcəb Hüseyov barəsində 10 gün müddətinə inzibati həbs tədbiri tətbiq olunub və hazırda Binəqədidəki cəzaçəkmə müəssəsində saxlanılır”.
Xatırladaq ki, AXCP Saatlı şöbəsinin üzvü Rəcəb Hüseynovu Biləsuvar rayonunda qonaq getdiyi evdə, Saatlı rayon polisi şöbəsinin əməkdaşları həbs etmişdi.
Rayon polisi onu Bakıya aparıb və hara, kimə təhvil verdiyi barədə Rəcəbin ailəsinə heç bir xəbər verməmişdi. İsrarlı tələblərdən sonra rayon polisindən R.Hüseynovun valideynlərinə bildirilmişdi ki, göstəriş Bakıdan gəlib və onlar Rəcəbi Bakıda kimə təhvil verdiklərini bilmirlər. Dünən Ombudsman aparatı da bu oğurluq hadisəsindən məlumatlandırılmışdı.
Oxunub: 432