bankGələn ilin Azərbaycan dövlət büdcəsində daxilolmaların 39,3%-i və yaxud 7,907 mlrd. manatı Vergilər Nazirliyinin payına düşəcək.
Bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Sənədə əsasən, bu, 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 262 mln. manat və yaxud 3,4% çoxdur.
Dövlət Gömrük Komitəsinin büdcə yükü isə 8% və yaxud 180 mln. manat artırılaraq 2,43 mlrd. manata çatdırılıb. Bu, gələn il gözlənilən ÜDM-in 3,5%-i qədər, büdcə gəlirlərinin isə 12,1%-i qədərdir.
Oxunub: 300