Kәrkükdә bir gündәcә mәğlub olan Bәrzani hökumәti Haşdi Şabi döyüşçülәri vә İraq ordusunun Әrbil istiqamәtindәki әmәliyyatın başlanması ilә daha da küncә sıxılıb. Şimali İraq hökumәtinin bir çıxış yolu axtardığı bir vaxtda Bәrzaninin kanalı Rudavdan qәribә bir tәklif gәlib.
Türkiyәnin şәrqini Kürdüstan xәritәsinә qatdığı üçün Türkiyәdә peykdәn çıxarılan Rudavın Vaşinqton nümayәndәsi Namo Abdulla tvitter hesabından paylaşdığı mesajında Şimali İraqın qarşısındakı әn yaxşı seçimin Türkiyәyә birlәşmәk olduğunu bildirib. O, bildirib ki, “әgәr Әrdoğan kürd mәsәlәsini hәll etmәkdә ciddidirsә, әn yaxşı seçim Türkiyә ilә müstәqil Kürdüstanın konfederasiya formasında birlәşmәsidir. Neftlә zәngin Kürdüstan ilә birlikdә konfederasiyada olmaq Әrdoğanın bölgәdә super güc olmaq iddiasına da kömәk edәcәk.” Qeyd edәk ki, Abdulla Namo paylaşdığı statusa Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın rәsmi sәhifәsini dә etiketlәyib. Bu status PKK-nın tvitterdәki tәrәfdaşlarının sәrt reaksiyasına sәbәb olub.
Azadliq.info
Oxunub: 324