Dünyanın harasında bir çirkli, qara-qura iş varsa, orada mütləq Azərbaycan hakimiyyətinin də iştirakı ortaya çıxmalıdır. Amerikadakı son skandalda da belə oldu. Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini araşdıran xüsusi komissiya Trampın seçki kampaniyasının ilk vaxtlar meneceri olmuş Manaforta ittiham irəli sürüb. İttihama görə Manafort “Podesta Group” lobbi şirkətilə əlaqəli olub. Bu şirkət isə Ukraynanın Rusiyameylli Yanukoviç hökumətindən xeyli pul alıb, onların marağını ABŞ-da müdafiə edib. İndi məlum olur ki, Yanikoviçlə yanaşı Azərbaycan hakimiyyəti də “Podesta Group” lobbi şirkətinin müştərilərindən olub. Bir tərəfdən AzTV-də ABŞ-ı asıb-kəsirlər, o biri tərəfdən də bizdən oğurlanan pullardan ayda 60 min dollar lobbi şirkətinə verirlәrmiş ki, rejimi ABŞ-da yaxşı təqdim etsinlər. Gürürsünüz necə riyakardırlar?
Oxunub: 1002