Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub.
Çempionat Yunanıstanda keçirilib.
Sonuncu turda Azərbaycan yığması Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib – 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan olunub. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.
Avropa çempionatı, IX tur
16:00. Azərbaycan – Ukrayna – 2:2
Şəhriyar Məmmədyarov – Pavel Elyanov – 0,5:0,5
Yuri Krivoruçko – Teymur Rəcəbov – 0,5:0,5
Arkadi Naydiç – Ruslan Ponomaryov – 0,5:0,5
Yuri Kuzubov – Rauf Məmmədov – 0,5:0,5
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.
Oxunub: 480