Biləsuvar rayonunda pambıq yığımı zamanı qadınlar arasında dava düşüb. Dava zamanı iki qadın ağır bədən xəsarətləri alıb. Belə ki, xəsarət alan qadınlar – rayonun Ağayrı kənd sakini, 1990-cı il təvəllüdlü Aybəniz Bacəddin qızı Fərzullayeva və rayonun Nəsimi kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Sərhad qızı Fərhadova müxtəlif dərəcli xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, qadınlar sahədə pambıq yığımı zamanı bir – biri ilə mübahisə ediblər.
Oxunub: 434